BAXCP sədri Yaponiya səfirinə başsağlığı verib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Yaponiyada təbii fəlakət nəticəsində çoxsaylı insan itkisi ilə bağlı bağlı bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katoriyə başsağlığı məktubu göndərib. Məktubda deyilir: 
“Hörmətli cənab səfir,
Yaponiyanın qərbində baş vermiş leysan yağışları və daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına dərin hüznlə başsağlığı verir, ölənlərə Allahdan rəhmət, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.